Menu

Azərbaycan neftinin qiyməti 75 dollardan aşağı enib

15.07.2025, 09:18
Azərbaycan neftinin qiyməti 75 dollardan aşağı enib

Dünya bazarlarında "Azeri Light" (CIF) markalı Azərbaycan nefti 1 dollardan çox ucuzlaşıb.

"APA-Economics" xəbər verir ki, Azərbaycan neftinin 1 barelə olan qiyməti 1,53 ABŞ dolları və ya 2,02% azalaraq 74,06 ABŞ dolları təşkil edib. 

Qeyd edək ki, Azərbaycan neftinin əvvəlki qiyməti 75,59 ABŞ dolları idi. Xatırladaq ki, Azərbaycanın builki dövlət büdcəsində “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin orta qiyməti 70 ABŞ dollarından hesablanıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol