Menu

“İsrail bir gün iranlıları 50 illik zülmdən azad edəcək” - Netanyahu

17.07.2025, 15:14
“İsrail bir gün iranlıları 50 illik zülmdən azad edəcək” - Netanyahu

İsrailin baş naziri Benyamin Netanyahu Böyük Kirin yəhudiləri azad etməsi ilə bağlı tarixi hadisəyə istinad edərək, İrana dair maraqlı açıqlama verib. 

O, İsrailin gələcəkdə İran xalqını uzun illərdir davam edən İslam Respublikasının təzyiqindən xilas edəcəyini bildirib.

“Bir vaxtlar Böyük Kir yəhudiləri azad etdi. İsrail də bir gün iranlıları 50 ilə yaxın zülmdən azad edəcək", – deyə, Netanyahu vurğulayıb.

Maraqlıdır ki, bu açıqlama İsrailin İranın nüvə və hərbi obyektlərinə mümkün yeni hücumları ilə bağlı gərginliyin artdığı bir vaxtda səsləndirilib.

"AzPolitika.info"

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol