Menu

Yük qatarı relsdən çıxıb, yanğın baş verib – Dəhşətli qəza

26.10.2026, 12:17
Yük qatarı relsdən çıxıb, yanğın baş verib – Dəhşətli qəza

Rusiyanın Sverdlovsk vilayətindəki Reşetı – Sedelnikovo dəmir yolu mənzilində yük qatarının 20 vaqonu relsdən çıxıb. Qəza nəticəsində baş verən güclü yanğın zamanı 7 sistern alışıb.

“AzPolitika” TASS-a istinadla xəbər verir ki, yanğın təxminən 1500 kvadratmetr sahədə lokallaşdırılıb. Lakin xilasedicilər yanğınsöndürmə işlərinin davam etdiyi sisternlərin dəqiq nə daşıdığını hələlik açıqlamayıblar.

Hadisə yerinə yaxın ərazilərdə yaşayan sakinlərə evdən çıxmamaq, zərurət yaranarsa respirator və ya maskadan istifadə etmək tövsiyə olunub. Yekaterinburqun "E1" nəşrinin məlumatına görə, sakinlərdən pəncərələri bağlı saxlamaq xahiş edilib.

Rospotrebnadzorun Sverdlovsk vilayəti üzrə idarəsi bölgədə hava keyfiyyətinin monitorinqinə başlayıb. Hadisənin səbəbləri araşdırılır, hələlik rəsmi versiya irəli sürülməyib. Zərərçəkənlər barədə məlumat verilmir.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol