Menu

U-15 dünya çempionatı: Azərbaycan millisi İsrail yığmasını məğlub edib

26.10.2026, 12:22
U-15 dünya çempionatı: Azərbaycan millisi İsrail yığmasını məğlub edib

Azərbaycan millisi Bakıda təşkil olunan U-15 dünya çempionatı və festivalında bu gün növbəti matçını keçirib.

"AzPolitika" xəbər verir ki, Famil Xəlilovun baş məşqçi olduğu komanda İsrail millisi ilə qarşılaşıb.

Görüş Azərbaycan yığmasının 3:1 hesablı qələbəsi ilə başa çatıb.

Xatırladaq ki, U-15 millimiz daha əvvəl keçirdiyi görüşlərdə Timor-Leste yığmasını 6:0, Andorranı 1:0 hesabı ilə məğlub edib. Avstraliya millisinə isə 1:3 hesabı ilə uduzub.

Turnirdə dünyanın 189 ölkəsindən FIFA-ya üzv assosiasiyaları təmsil edən komandalar iştirak edirlər. Çempionat çərçivəsində 1000-ə yaxın oyun baş tutacaq.

Oktyabrın 30-da başa çatacaq U-15 dünya çempionatı Hövsan Yarış Kompleksində keçirilir. Turnirin final görüşü Bakı Kristal Zalında gerçəkləşəcək.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol