Menu

Ərdoğan və Putin regional məsələləri müzakirə edib

18.07.2025, 19:24
Ərdoğan və Putin regional məsələləri müzakirə edib

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla rusiyalı həmkarı Vladimir Putin arasında telefon danışığı olub.

"Report" xəbər verir ki, bu barədə Türkiyə Prezidentinin Kommunikasiya İdarəsi məlumat yayıb.

Qeyd edilib ki, Ərdoğan Rusiya lideri ilə ikitərəfli münasibətlər və regional məsələləri, xüsusilə Suriyadakı hadisələri müzakirə edib.

Türkiyə Prezidenti Rusiya ilə Ukrayna arasında danışıqların üçüncü raundunun başlamasının mühüm əhəmiyyət kəsb etdiyini diqqətə çatdırıb. Ərdoğan tərəflər üçün uyğun tarixlər müəyyən edildikdən sonra Türkiyənin İstanbulda danışıqlara ev sahibliyi etməyə davam edəcəyini bildirib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol