Menu

Kiyev Vaşinqtona silah satacaq – Ukrayna və ABŞ böyük anlaşma hazırlayır

19.07.2025, 11:21
Kiyev Vaşinqtona silah satacaq – Ukrayna və ABŞ böyük anlaşma hazırlayır

Ukrayna və ABŞ pilotsuz təyyarələrin istehsalı və satışı ilə bağlı əhəmiyyətli bir müqavilə bağlamağa hazırlaşır. Anlaşmanın təfərrüatları Ukrayna Prezidenti Volodimir Zelenski ilə ABŞ Prezidenti Donald Tramp arasında telefon danışığı zamanı müzakirə edilib.

“AzPolitika” xəbər verir ki, bunu mətbuata açıqlamasında Ukraynanın yeni Baş naziri Yuliya Sviridenko deyib.

“İnvestisiya fondunun yaradılması ilə bağlı sazişdən əlavə, biz Prezidentin elan etdiyi dron müqaviləsini imzalamağa çalışırıq. Bu, son telefon danışığı zamanı Zelenskinin Trampla müzakirə etdiyi razılaşmadır ki, orada ABŞ-nin Ukrayna PUA-larının böyük partiyasını alması imkanı nəzərdən keçirilir”.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol