Menu

“Baza”nın baş redaktoru və prodüseri həbs olunub - YENİLƏNİB

23.07.2025, 23:13
“Baza”nın baş redaktoru və prodüseri həbs olunub - YENİLƏNİB

Rusiyanın "Baza" teleqram kanalının baş redaktoru Qleb Trifonov və kanalın prodüseri Tatyana Lukyanova barəsində həbs qətimkan tədbiri seçilib.

Bu barədə Tatyana Lukyanovanın vəkili TASS-a bildirib.

Onlara qarşı Rusiya Cinayət Məcəlləsinin 291.4-cü maddəsi (qabaqcadan əlbir olan şəxslər qrupu tərəfindən rüşvət vermə) ilə ittiham irəli sürülüb.

***

Rusiyada “Baza” Telegram kanalının baş redaktoru Qleb Trifonov məhkəməyə çıxarılır.

Prokuror Trifonovu həbs etmək üçün vəsatət qaldırıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol