Rusiyanın Kamçatka bölgəsində baş verən 8,8 bal gücündə zəlzələ zamanı Petropavlovsk şəhər xəstəxanasında əməliyyat aparan həkimlər əsl qəhrəmanlıq nümunəsi göstəriblər.

"AzPolitika" xəbər verir ki, bu barədə sosial şəbəkələrdə görüntülər yayılıb.

Sözügedən görüntülərdən məlum olur ki, zəlzələnin güclü sarsıntılarına baxmayaraq, tibbi heyət əməliyyatı dayandırmayaraq xəstəni sarsıntıdan qorumaq və onun həyatını xilas etmək üçün mübarizə aparır.

Həkimlərin bu fədakarlığı sosial şəbəkələrdə də geniş rezonans doğurub.

Qeyd edək ki, zəlzələdən sonra Kamçatka bölgəsində fövqəladə vəziyyət elan olunub, Çin, İndoneziya, Filippin, Meksika və bir sıra digər ölkələrdə isə tsunami xəbərdarlığı edilib. Severo-Kurilsk şəhərində əhali təhlükəsiz zonalara təxliyə edilsə də, insan tələfatı qeydə alınmayıb.

"AzPolitika.info"