Menu

Suriyanın müdafiə naziri Moskvada səfərdədir

31.07.2025, 16:02
Suriyanın müdafiə naziri Moskvada səfərdədir

Suriyanın müdafiə naziri Murxaf Abu Kasra Rusiyaya rəsmi səfərə gedib.

“Report” xəbər verir ki, bu barədə Suriyanın SANA agentliyi məlumat yayıb.

"Suriyanın müdafiə naziri general Murxaf Abu Kasra Moskvaya rəsmi səfərə gəlib. O, burada rusiyalı həmkarı Andrey Belousovla görüşəcək və qarşılıqlı maraq doğuran bir sıra məsələləri müzakirə edəcək", - agentlik yazır.

Qeyd edək ki, Suriyanın xarici işlər naziri Əsəd əş-Şibani də Moskvada səfərdədir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol