Menu

Lerikdə elektrik cərəyanı “Aztelekom”un əməkdaşını vuraraq öldürüb

31.07.2025, 23:38
Lerikdə elektrik cərəyanı “Aztelekom”un əməkdaşını vuraraq öldürüb

Lerikdə elektrik cərəyanı “Aztelekom” MMC-nin əməkdaşını vuraraq öldürüb.

"Report"un Cənub bürosunun məlumatına görə hadisə Cəngəmiran kəndində baş verib.

Belə ki, rayon sakini 1972-ci il təvəllüdlü Sərdar Balı oğlu Həmidov təmir-bərpa işləri apararkən elektrik cərəyanı onu vurub. O, hadisə yerində ölüb.

S.Həmidovun meyiti müayinə olunması üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran Rayonlararası Zona Mərkəzinə təhvil verilib.

Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.

Şərhlər

şahin 2025-08-01 09:13:21

Allah rəhmət etsin qardaşımıza.Bir rabitə işçisini də itirdik.Ümid edirik ki, hadisənin səbəbini və səbəbkarlarını araşdıraraq düzgün qərar verəcək.

vaqif hidayatov@aztelekom.az 2025-08-01 08:56:02

Allah r'hm't el'sin

TARİX 2025-08-01 07:15:16

Rİ VƏ NƏQLİYYAT NAZİRLİYİNİN ANALOQÜ OLMYAN FƏALİYYƏTİNİN NƏTİCƏSİ.ALLAH MƏRHUMA RƏHMƏT ELƏSİN.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol