Menu

ABŞ Senatında Ukraynaya 54,6 milyard dollarlıq yardım layihəsi təqdim edilib

01.08.2025, 09:14
ABŞ Senatında Ukraynaya 54,6 milyard dollarlıq yardım layihəsi təqdim edilib

ABŞ Konqresinin Senatında Ukraynaya əlavə yardım göstərilməsini nəzərdə tutan 54,6 milyard dollar məbləğində yeni qanun layihəsi təqdim olunub.


APA xəbər verir ki, bu barədə Senatın Xarici Əlaqələr Komitəsi məlumat yayıb.

Sənədin müəllifləri Nyu-Hempşir ştatından demokrat senator Cinn Şahin və Alyaska ştatından respublikaçı senator Liza Murkovskidir.

Qanun layihəsinə əsasən, yardım 2026 və 2027-ci maliyyə illəri ərzində (2025-ci il oktyabrın 1-dən başlayaraq) göstərilməlidir.

Paket birbaşa hərbi dəstəklə yanaşı, ABŞ-ın müdafiə sənayesinə investisiyaları və Birləşmiş Ştatlarda dondurulmuş Rusiya aktivlərindən əldə olunan gəlirlərin yardımın maliyyələşdirilməsinə yönəldilməsini də nəzərdə tutur.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol