Menu

Ağ Evə 200 milyonluq ziyafət zalı – Trampdan qəribə istək

01.08.2025, 11:58
Ağ Evə 200 milyonluq ziyafət zalı – Trampdan qəribə istək

ABŞ Prezidenti Donald Trampın təşəbbüsü ilə Ağ Evdə 200 milyon dollar dəyərində yeni bir ziyafət zalı inşa ediləcək. 

Xarici KİV-lərdə yer alan xəbərə görə, layihənin maliyyəsi Tramp tərəfindən qarşılanacaq.

Ağ Evin sözçüsü Karolina Levitin verdiyi məlumata görə, yeni tikiləcək zal 650 nəfərlik tutuma malik olacaq və 90 min kvadratmetr sahəni əhatə edəcək.

“Ağ Ev dünyanın ən gözəl və tarixi binalarından biridir, lakin hazırda əsas binanın girişindən təxminən 100 metr məsafədə böyük və pis görüntüsü olan bir çadır qurulmadan mühüm tədbirlər üçün istifadə oluna bilmir. Yeni zal bu çatışmazlığı aradan qaldıracaq və dünya liderləri ilə yüksək səviyyəli görüşlərə ev sahibliyi edə biləcək", -deyə o qeyd edib.

Zalın inşası zamanı Ağ Evin Şərq Qanadındakı bir sıra ofislərin, o cümlədən Melania Trampın ofisinin də müvəqqəti olaraq başqa məkana köçürüləcəyi qeyd edilib.

"AzPolitika.info"

Şərhlər

ƏNHU 2025-08-01 19:36:01

Milyarderlərin pərdəarxası həyatını görən olsa öyüyüb qusar. Bu murdarlar ziyafət, otel və istirahətdən savayı heç nə haqda düşünə bilmirlər.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol