Menu

Bakıda azyaşlıya qarşı soyğunçuluq edən şəxs saxlanılıb - FOTO

01.08.2025, 12:15
Bakıda azyaşlıya qarşı soyğunçuluq edən şəxs saxlanılıb - FOTO

Bakının Nəsimi rayonu ərazisində yerləşən evlərdən birinin qarşısında soyğunçuluq hadisəsi baş verib.

Naməlum şəxs azyaşlının mobil telefonunu soyğunçuluq yolu ilə talayaraq hadisə yerindən qaçıb.

Nəsimi Rayon Polis İdarəsi 19-cu Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən, əvvəllər dəfələrlə məhkum olunmuş 38 yaşlı Ceyhun Hadıyev müəyyən olunaraq saxlanılıb.

Faktla bağlı həmin şəxs barəsində cinayət işi başlanılıb, araşdırma aparılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol