Menu

Prezidentlə xanımı vida mərasiminə əklil göndərdi - Foto

01.08.2025, 13:14
Prezidentlə xanımı vida mərasiminə əklil göndərdi - Foto

Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva Xalq artisti Arif Babayevin vida mərasiminə əklil göndəriblər.

“Report” xəbər verir ki, Xalq artisti ilə vida mərasimi Beynəlxalq Muğam Mərkəzində keçirilir.

Qeyd edək ki, milli muğam sənətinin görkəmli nümayəndəsi, Xalq artisti, Heydər Əliyev Mükafatı laureatı, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü, Azərbaycan Milli Konservatoriyasının professoru Arif İmran oğlu Babayev 2025-ci il avqustun 1-də ömrünün 88-ci ilində vəfat edib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol