Menu

ABŞ prezidentinin xüsusi nümayəndəsi Qəzzaya gedib

01.08.2025, 16:15
ABŞ prezidentinin xüsusi nümayəndəsi Qəzzaya gedib

ABŞ prezidentinin Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiv Vitkof Qəzzaya gedib.

APA İsrail mətbuatına istinadən xəbər verir ki, Vitkof vəziyyətlə tanış olmaq üçün Qəzzada humanitar yardımların paylandığı mərkəzlərdən birinə baş çəkib.

Qeyd edək ki, beynəlxalq mətbuatda İsrail ordusunun humanitar yardım almaq üçün yaxınlaşan fələstinlilərə atəş açdığı ilə bağlı xəbərlər dərc olunur.

İsrail ordusu isə yalnız hərbçilərə yaxınlaşan şəxslərə xəbərdarlıq atəşi açdığını bildirib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol