İran İsrailin kəşfiyyat xidməti "Mossad"a gizli məlumat ötürdüyü iddiası ilə mühakimə olunan nüvə alimi Ruzbeh Vadiyə edam cəzası tətbiq edib.
İddialara görə, onun ötürdüyü məlumatlar nəticəsində "Yüksələn Aslan Əməliyyatı" zamanı kimliyi açıqlanmayan bir İranlı nüvə alimi İsrail tərəfindən qətlə yetirilib.
Qeyd olunan əməliyyatın İranın paytaxtı Tehrandakı nüvə və hərbi infrastrukturuna qarşı 12 gün davam edən intensiv hücum dalğası çərçivəsində həyata keçirildiyi bildirilir.
Vadi İran mənbələrinə görə, "əhəmiyyətli və həssas dövlət sirrlərinə çıxışı olan mühüm bir qurumda" çalışırdı. İranın Ali Məhkəməsi onun ölüm hökmünü təsdiqlədikdən sonra cəza icra olunub.
İran İnsan Haqları Təşkilatının məlumatına əsasən, Vadi 2024-cü ilin fevralında həbs edildikdən sonra Tehrandakı Evin həbsxanasında saxlanılırdı.
"AzPolitika.info"



Şərhlər