İsrailin təhlükəsizlik kabineti ölkənin Baş naziri Benyamin Netanyahunun Qəzzanı ələ keçirmək planını təsdiq edib.
APA “The Times of Israel” qəzetinə istinadən xəbər verir ki, bu barədə Netanyahunun ofisi məlumat verib.
Bildirilib ki, planın 5 əsas məqsədi var.
Bu məqsədlərə HAMAS-ın tərk-silah edilməsi, bütün girovların azad edilməsi, Qəzzanın demilitarizasiyası, İsrailin Qəzzada təhlükəsizlik nəzarəti qurması və müharibədən sonrakı dövrdə Qəzzada HAMAS-ın və Fələstin hökumətinin daxil olmadığı bir hakimiyyətin qurulması.


Şərhlər
Yaxın Şərqdə yarım əsrdən çox davam etdirilən anlaqsız dünya siyasəti hansı hərislikdən hərbi Cinayətləri çevrilir? Filəstun və Tel-eviv (İsrail) dövlətlərinin qarşılıqlı və qalan hüquqi dünya tərəfindən tanınıb-qəbul edilməsi ilə həll olmurmu?