Menu

ABŞ Dövlət katibi sülh müqaviləsinin imzalanması məsələsindən danışıb

08.08.2025, 16:58
ABŞ Dövlət katibi sülh müqaviləsinin imzalanması məsələsindən danışıb

ABŞ Dövlət katibi Marko Rubio Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin imzalanması məsələsindən danışıb.

APA xəbər verir ki, Marko Rubio EWTN kanalına müsahibəsində bu məsələyə toxunub.

O qeyd edib ki, ABŞ Prezidenti Donald Tramp sülhün prezidenti olmağa sadiqdir.

“Biz Pakistan və Hindistanın müharibəyə başladığını görəndə birbaşa müdaxilə etdik. Kamboca və Tailand məsələsində də bu cür oldu. Azərbaycan və Ermənistan da həmçinin. Biz sülh razılaşmasının imzalanması üçün burada olacağıq. Aydındır ki, sülh daimi bir şey deyil. Üzərində davamlı olaraq işləmək və onu qoruyub-saxlamaq lazımdır”, - Rubio vurğulayb.

Şərhlər

Nazim 2025-08-08 18:22:17

Sülhün təminatçısı cənab Ali Baş Komandan
İlham Əliyev və Azərbaycan ordusudur!!!

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol