Menu

ABŞ Fələstini tanımayacaq

08.08.2025, 19:08
ABŞ Fələstini tanımayacaq

ABŞ vitse-prezidenti Cey Vens ölkəsinin İsraillə Qəzzada hədəflərinin eyni olduğunu, lakin bu hədəflərə çatmaqda fikir ayrılığının olduğunu deyib.

APA “The Times of Israel”ə istinadən xəbər verir ki, Vens ABŞ administrasiyasının əsas iki məqsədinin HAMAS-ın mülki şəxslərə gələcək hücumlarının qarşısının alınması və Qəzzadakı humanitar böhranın həll edilməsi olduğunu vurğulayıb.

“Orada fəaliyyətdə olan bir hökumətin olmadığını nəzərə alsaq, Fələstin dövlətini tanımağın nə mənaya gəldiyini bilmirəm”, - o, bəzi ölkələrin Fələstin dövlətini tanımaq qərarına münasibət bildirərkən bu cümlələri işlədib və ABŞ-ın Fələstini tanımayacağını bəyan edib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol