Prezident Tramp və onun komandası olmasaydı biz uzunmüddətli danışıqlar prosesində qalardıq.
Bunu Azərbaycan Prezidenti İlham Əliyev ABŞ Prezidenti Donald Tramp və Ermənistan Baş naziri Nikol Paşinyanla Vaşinqtonda birgə bəyanatlar zamanı deyib.
"Bu gün tarixi gündür. Bu gün bir çox divarları rədd edəcək və rifaha yol açacaq. Tramp Qafqaza sülh gətirdi.
Azərbaycan xalqı bir çox regionlara, o cümlədən Cənubi Qafqaza sülh gətirən ABŞ Prezidenti Donald Trampın sülhməramlı siyasətini daim xatırlayacaq" . -deyə, İlham Əliyev deyib.
Prezidenti İlham Əliyev qeyd edib ki, bu gün biz Cənubi Qafqazda sülhü bərqərar edirik: "Bu, nəinki bizim bölgəmiz, eyni zamanda, bütün dünya üçün böyük imkandır. Biz həqiqətən də yeni tarixi səhifəyə imza atırıq".
"Bizim strateji tərəfdaşlığımız başlayır”, - deyən dövlətimizin başçısı dünyanın ən böyük ölkəsi ilə strateji tərəfdaşlığı böyük imkan və böyük məsuliyyət kimi dəyərləndirib.


Şərhlər