Menu

"Azərbaycan və Ermənistan arasında tarixi sülh sazişini alqışlayırıq" - Pakistanın Baş naziri

09.08.2025, 08:59
"Azərbaycan və Ermənistan arasında tarixi sülh sazişini alqışlayırıq" - Pakistanın Baş naziri

Pakistan ABŞ Prezidenti Donald Trampın iştirakı ilə Ağ Evdə keçirilən sammitdə Azərbaycan və Ermənistan arasında imzalanmış tarixi sülh sazişini alqışlayır.

"Report"un xəbərinə görə, bunu Pakistanın Baş naziri Şahbaz Şərif “X” sosial şəbəkəsindəki hesabında yazıb.

Vurğulanır ki, bu hadisə Cənubi Qafqazda yeni sülh, sabitlik və əməkdaşlıq erasının - “onilliklər boyu münaqişə və insan iztirabları yaşayan regionda” başlanğıcını göstərir.

Qeyd olunur ki, bu hadisə onilliklər boyu münaqişələr və insan əzabları yaşamış regionda - Cənubi Qafqazda yeni sülh, sabitlik və əməkdaşlıq erasının başlanğıcıdır.

"Biz Prezident İlham Əliyevi və Azərbaycan xalqını öz regionunun sülhsevər gələcək kursunun müəyyən edilməsində müdrikliyi və uzaqgörənliyi əks etdirən bu tarixi saziş münasibətilə təbrik edirik. Pakistan hər zaman qardaş Azərbaycan xalqının yanında olub və tarixinin bu şərəfli məqamında biz də onun yanındayıq.

Biz həmçinin ABŞ prezident Donald Trampın rəhbərliyi altında hər iki tərəfə ticarət, əlaqə və regional inteqrasiya üçün yeni imkanlar açan razılaşma əldə etməyə imkan verən vasitəçilik rolunu yüksək qiymətləndiririk. Ümid edirik ki, bu dialoq ruhu uzanan münaqişələrlə üzləşən digər regionlar üçün nümunə olacaq”, - Şahbaz Şərif vurğulayıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol