Almaniya təhlükəsizliyinə təhdid səbəbindən Rusiyanın aparıcı KİV-lərinin ölkədəki ofislərini bağlayacaq.
“AzPolitika” xəbər verir ki, bu barədə “RİA Novosti” öz mənbələrinə itinadla məlumat yayıb.
Məlumatda qeyd olunur ki, buna səbəb “Rusiya jurnalistlərinin fəaliyyətinin Almaniyanın təhlükəsizliyinə birbaşa təhdid yartatmasıdır”.
Mənbənin sözlərinə görə, Berlin bunun Moskvanın alman müxbirlərinə qarşı cavab hərəkətlərinə səbəb olacağını anlayır.
Mənbə agentliyə deyib ki, “Almaniya rusiyalı jurnalistlərə, o cümlədən onların ailə üzvlərinə Almaniyanı könüllü olaraq tərk etməyə məcbur etmək üçün onlara təzyiqləri artırmağı planlaşdırır”.
Həmçinin qeyd edilir ki, Rusiyanın aparıcı KİV-lərinə qadağa Berlinin Almaniyadakı rusdilli auditoriyaya “düzgün məzmunlu informasiya ötürmək istəyi ilə bağlıdır”.
“AzPolitika.info”


Şərhlər