Menu

Qəbələdə yanğın törədən şəxs saxlanıldı

09.08.2025, 16:12
Qəbələdə yanğın törədən şəxs saxlanıldı

Ötən gün Qəbələ rayonunun Zarağan kəndi ərazisində yanğın hadisəsi törədən şəxs polis əməkdaşları tərəfindən müəyyən olunub.

Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətinin regional qrupu məlumat yayıb.

Bildirilib ki, araşdırmalarla yanğının 1969-cu il təvəllüdlü rayon sakini Kazım Soltanov tərəfindən törədildiyi məlum olub. Hadisə nəticəsində 6 sot ərazidə məişət tullantıları və kol-kos yanıb.

K.Soltanovun sağlamlıq vəziyyəti nəzərə alınaraq müvafiq ixtisaslaşdırılmış xəstəxanaya yerləşdiriləcək.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol