Menu

"Ümid edirik ki, bu addım sülh gündəminin irəliləməsinə kömək edəcəkdir" - Zaxarova

09.08.2025, 18:20
"Ümid edirik ki, bu addım sülh gündəminin irəliləməsinə kömək edəcəkdir" - Zaxarova

Rusiya Cənubi Qafqazda sabitlik və firavanlıq zonasının formalaşmasında maraqlıdır.

APA xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.

Onun sözlərinə görə, ən vacib şərtlərdən biri Azərbaycan və Ermənistan arasında münasibətlərin hər iki ölkə xalqlarının maraqlarının nəzərə alınmasına əsaslanan hərtərəfli normallaşmasıdır.

“Regional təhlükəsizlik üçün bu əsas məqsədə çatmağa kömək edən bütün səyləri ardıcıl olaraq dəstəkləyirik. Bununla əlaqədar Cənubi Qafqaz respublikalarının liderlərinin Vaşinqtonda Amerika tərəfinin vasitəçiliyi ilə görüşü müsbət qiymətləndirməyə layiqdir”, - Rusiya XİN-in rəsmi nümayəndəsi qeyd edib.

Şərhlər

B.Qarabağlı 2025-08-10 08:58:13

Bəli Mariya Xanım, deyəsən yaxın zamanlardan bütün dünya sakinləri və liderləri kəskinliklə hər hansı müharibəyə son deyəcək-verəcək? Heç bir cinayət sonrakı daha uzun illər fərdi, ya beynəlxalq hüquqi və mənəvi-ruhi cəzasız keçmir?

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol