Menu

"Zəngəzur dəhlizi türk dünyasını Avropa ilə birləşdirəcək" - Hakan Fidan + VİDEO

09.08.2025, 23:35
"Zəngəzur dəhlizi türk dünyasını Avropa ilə birləşdirəcək" - Hakan Fidan + VİDEO

“Birgə planlaşdırdığımız bu dəhliz (Zəngəzur-Qeyd) reallaşarsa, Avropadan Asiyanın dərinliklərinə qədər fasiləsiz gedəcək nəqliyyat marşrutunun mühüm hissəsinə çevriləcək”.

Bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan misirli həmkarı ilə birgə mətbuat konfransında deyib.

“Zəngəzur dəhlizi Türkiyəni Qafqaz və Xəzər dənizi vasitəsilə türk dünyası ilə birləşdirən əsas halqaya çevriləcək, həmçinin türk dünyasını Türkiyə vasitəsilə Avropa ilə, daha sonra isə Asiyanın dərinlikləri ilə birləşdirəcək. Bu çoxfunksiyalı marşrut olacaq. Hesab edirəm ki, bu (Vaşinqtonda razılaşma) çox mühüm və əlverişli hadisədir və ümid edirəm ki, dəhliz yaxın gələcəkdə həyata keçiriləcək”, - Türkiyə XİN rəhbəri bildirib.

Şərhlər

Bəhrami 2025-08-10 10:04:04

Hakan Fidanın (münaqişə, müharibələr əvəzinə) geniş-dünyəvi əlaqələr Xoş Məramına kənarda tək görünməyə çalışan İranın da qoşulmasını məmnunluqla alqışlardıq!

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol