Menu

“Putin atəşkəs əvəzinə Ukraynanın şərqini istəyir” - “The Wall Street Journal”

09.08.2025, 23:03
“Putin atəşkəs əvəzinə Ukraynanın şərqini istəyir” - “The Wall Street Journal”

Putin Şərqi Ukrayna müqabilində atəşkəslə razılaşa bilər.

“Qafqazinfo” xəbər verir ki, “The Wall Street Journal” Avropa və Ukrayna rəsmilərinə istinadən Rusiya Prezidenti Vladimir Putinin Ukraynanın şərqini təslim etmək müqabilində atəşkəslə razılaşa biləcəyini yazıb.

Nəşr iddia edir ki, Putin bu təklifi Ukraynada münaqişəyə son qoymaq üçün danışıqlar aparan ABŞ Prezidenti Donald Trampın administrasiyasına təqdim edib.

Qeyd olunur ki, Putin atəşkəs üçün şərt kimi Ukraynadan Rusiyanın tələblərini tanımasını və əhəmiyyətli ərazi güzəştləri etməyi tələb edib.

İddialara görə, Putin Ukraynanın şərq hissəsinin təhvil verilməsini nəzərdə tutan təklifi çərşənbə günü, avqustun 6-da Moskvaya səfər edən ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiv Vitkoffa çatdırıb.

Məlumata görə, Putin Ukraynanın Donetsk bölgəsindən qoşunlarını çıxaracağı təqdirdə tam atəşkəsə razılaşacağına söz verib.

Tramp administrasiyası isə öz növbəsində Avropa və Ukrayna rəsmilərini bu təkliflə bağlı məlumatlandırıb.

Şərhlər

Roma 2025-08-10 13:34:17

Bütün dünya bu təcavüzkar, şovinist, qəsbkar Rusiyanın əlində əsir-yesir qalıb. Bunun burnu ovulmasa çox şeylər istəyəcək, birləşib Rusiyanı dağıtmaq lazımdır ki, bütün dünya rahat nəfəs ala bilsin...

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol