Menu

Moskva danışıqlara razılıq verməklə ABŞ sanksiyalarından yayınmaq istəyir - Kaya Kallas

11.08.2025, 08:47
Moskva danışıqlara razılıq verməklə ABŞ sanksiyalarından yayınmaq istəyir -  Kaya Kallas

Rusiya rəhbərliyi sülh danışıqlarına razılıq verməklə ABŞ Prezidenti Donald Trampın elan etdiyi sanksiyalardan yayınmağa çalışır.

APA xəbər verir ki, bu barədə Avropa İttifaqının Xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Kaya Kallasın bəyanatında deyilir.

Onun sözlərinə görə, Moskva Ukraynadakı müharibəni yalnız ABŞ-ın təzyiqini hiss etdikdə dayandıracaq.

“Rusiya ABŞ sanksiyalarından qaçmaq üçün dialoq təklifi irəli sürüb. Lakin Moskvanın pozulmuş vədlər və sazişlər tarixçəsi Atlantikanın hər iki tərəfində dərin etimadsızlıq yaradıb”, – deyə Kallas vurğulayıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol