Menu

Avstraliya Fələstini dövlət kimi tanıyacaq

11.08.2025, 10:45
Avstraliya Fələstini dövlət kimi tanıyacaq

Avstraliya sentyabr ayında Fələstini dövlət olaraq tanımağı planlaşdırır.

APA xəbər verir ki, bunu Avstraliyanın Baş naziri Antoni Albaniz deyib.

“Avstraliya BMT-nin Baş Assambleyasının sentyabrda keçiriləcək iclasında Fələstin dövlətini tanıyacaq. Bu addım iki dövlətli həll yoluna, Qəzzada atəşkəsə və girovların azad olunmasına yaxınlaşmaq istiqamətində atılır”, - o bildirib.

Qeyd edək ki, bundan əvvəl bir sıra ölkələr, o cümlədən, Fransa, Böyük Britaniya və Kanada da Fələstini tanıyacaqlarını bəyan etmişdilər.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol