Menu

Sabiq icra başçısının şirkətində yoxlama: 600 min sanksiya tətbiq edildi

11.08.2025, 21:37
Sabiq icra başçısının şirkətində yoxlama: 600 min sanksiya tətbiq edildi

Qubanın qalmaqallı keçmiş icra başçısı Rauf Həbibovun rəhbəri olduğu şirkətdə yarım milyon manatdan çox vergindən yayınma faktı aşkar edilib.

"AzPolitika"-nın "Qaynarinfo"-ya istinadən verdiyi məlumata görə, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən "Kaspian Biznes Servisez" Məhdud Məsuliyyətli Cəmiyyətində (MMC) səyyar vergi yoxlaması həyata keçirilib.

Səyyar vergi yoxlaması üzrə məsuliyyətə cəlbetmə qərarının nəticəsində şirkət barəsində 400.100,35 manat əlavə vergi, 200.050,18 manat maliyyə sanksiyası hesablanıb.

MMC-nin hazırda Lokal Gəlirlər Baş İdarəsinə 338.298,8 AZN vergi borcu var.

Qeyd edək ki, nizamnamə kapitalı 20 manat olan "Kaspian Biznes Servisez" MMC-nin qanuni təmsilçisi Həbibov Rauf Xeyrulla oğludur. Onun ölkədən çıxışı müvəqqəti məhdudlaşdırılıb.

Xatırladaq ki, Rauf Həbibov 1 oktyabr 2007-ci ildən 2012-ci ilin mart ayınadək Quba Rayonu İcra Hakimiyyətinin başçısı olub.

Şərhlər

Şəkili 2025-08-12 11:42:54

Görəsən Şəkinin İcra başçısı Elxan Usubovun şirkətləri nə vaxt yoxlanılacaqdır ???

Cəmşid Dərələyəzli 2025-08-12 08:15:17

Danabaş kəndinin əhvalatlarından.

Mirzə 2025-08-12 00:59:12

Maraqlıdır, Nizamnamə kapitalı 20manat, 30 manat olan istənilən təşkilat vergi orqanlarında qeydiyyata götürürlər və onu necə tenderdə iştiraka buraxır və qalib edirlər?

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol