Menu

Bu il taksi fəaliyyəti üçün qeydiyyat keçmiş sürücülərin sayı açıqlanıb

19.08.2025, 18:27
Bu il taksi fəaliyyəti üçün qeydiyyat keçmiş sürücülərin sayı açıqlanıb

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) bu ilin yanvar-iyul aylarında taksi fəaliyyəti ilə məşğul olmaq üçün təqdim edilən sənədlərlə bağlı statistikanı açıqlayıb.

AYNA-dan bildirilib ki, hesabat dövründə 4 280 nəfər sürücü buraxılış vəsiqəsi, 10 315 avtomobil isə buraxılış kartı ilə təmin olunub.

Buraxılış vəsiqəsi birbaşa sürücüyə, buraxılış kartı isə taksi kimi istifadə ediləcək avtomobilə verilir. Bu sənədlər olmadan taksi fəaliyyəti qanunsuz hesab olunur və məsuliyyət yaradır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol