Rusiya Silahlı Qüvvələrinin Leninqrad hərbi dairəsinin komandan müavini, general Əsədulla Abaçevə qarşı Ukrayna ordusunun keçirdiyi əməliyyatın videosu yayılıb.

Əməliyyat avqustun 16-da Rusiyanın Kursk vilayəti ərazisində keçirilib. Ukrayna dronlarının zərbələri nəticəsində "Rusiya qəhrəmanı", general-leytenant Əsədulla Əbdülmömin oğlu Abaçev ağır yaralanıb. Onun əli və ayağı amputasiya olunub.

Dağıstanlı Əsədulla Çeçenistan müharibəsində, 2008-ci ildə Gürcüstana qarşı müharibədə və Suriyadakı əməliyyatlarda iştirak edib. Rusiya mətbuatının məlumatında bu şəxsin "azərbaycanlı-erməni konflikti"ndə iştirakından da bəhs olunur. Lakin bunun nə vaxt, hansı şəkildə baş verdiyi açıqlanmır.

"AzPolitika.info"