ABŞ hesab edir ki, Rusiya Prezidenti Vladimir Putin və Ukrayna Prezidenti Volodimir Zelenski arasında görüş yaxın iki həftə ərzində baş tuta bilər.
APA xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin protokol rəhbəri Monika Krouli “Fox News”a müsahibəsi zamanı deyib.
"Beləliklə, prezidentlər Putin və Zelenski arasındakı bu ikitərəfli görüş yaxın iki həftə ərzində baş tuta bilər.", - o bildirib.
Ağ Ev Macarıstan və İsveçrəni Rusiya Prezidenti Vladimir Putin və Ukrayna Prezidenti Volodimir Zelenski arasında görüş, eləcə də ABŞ prezidenti Donald Trampla sonrakı üçtərəfli sammit üçün mümkün məkanlar kimi nəzərdən keçirir.
Bu haqda isə CNN Ağ Evin üç rəsmisinə istinadən xəbər verir.
Rəsmilərdən birinin sözlərinə görə, ABŞ Prezidenti Macarıstanın Baş naziri Viktor Orbanla bu yaxınlarda telefon danışığında Budapeştdə görüşün keçirilməsi imkanını şəxsən müzakirə edib.
Mənbələr hələlik yekun qərarın verilmədiyini və müxtəlif variantların müzakirə olunduğunu vurğulayır.


Şərhlər