Menu

İsrail Qəzzaya daha 60 min hərbçi göndərir

20.08.2025, 11:31
İsrail Qəzzaya daha 60 min hərbçi göndərir

Qəzzada 2 ilə yaxındır soyqırım törədən İsrail ordusu işğalçı hücumları davam etdirir.

"AzPolitika" xarici KİV-ə istinadla xəbər verir ki, İsrail Qəzzaynı tam işğal etmək üçün daha geniş əməliyyat mərhələsinə hazırlaşır. “Gideon Arabaları B” kod adlı əməliyyat çərçivəsində ilk olaraq 60 min ehtiyat hərbçi orduya çağırılıb. İsrailin aparıcı xəbər mənbələrindən "N12" və digər yerli qaynaqlara görə, əməliyyat sentyabrın əvvəlində başlayacaq.

İsrail mediasına görə işğalçı hücuma 5 birlik,  12 tank taburu, Qəzza briqadası,  hava və dəniz qüvvələri və xüsusi təyinatlı birliklər cəlb olunacaq. Bəzi nizami bölmələrin yerinə ehtiyat hərbçilər keçəcək.

Əməliyyat planı 8 avqustda İsrail Təhlükəsizlik Kabineti tərəfindən təsdiqlənib.

"AzPolitika.info"

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol