Ağ Evdə Vladimir Putin və Volodimir Zelenski arasında ikitərəfli görüşün hazırlanması ilə bağlı razılıq əldə edildikdən sonra Kremlin gözləntiləri azalıb. Görünür Rusiya prezidenti hazırda, həmçinin gələcəkdə Ukrayna lideri ilə birbaşa görüşə hazır deyil.
Bu barədə "CNN" nəşrinin yaydığı məlumatda bildirilir.
Qeyd olunur ki, Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov bildirib ki, söhbət yalnız “təmsilçilərin səviyyəsinin artırılması imkanından” gedir. Xarici işlər naziri Sergey Lavrov isə qeyd edib ki, Rusiya heç bir formatdan imtina etmir, amma hər hansı yüksək səviyyəli görüşün “diqqətlə hazırlanmasını” vacib sayır.
Analitiklər bildirirlər ki, Kreml üçün Zelenski ilə görüş onun Ukraynanın legitim lideri kimi tanınması demək olardı. Çünki bu, Rusiya təbliğatının illərlə “Qərbin kuklası” kimi təqdim etdiyi bir ölkənin liderini tanımaq mənasına gəlir.
"AzPolitika.info"


Şərhlər