Menu

ABŞ 6000-dən çox tələbə vizasını ləğv edib - Dövlət Departamenti

20.08.2025, 12:39
ABŞ 6000-dən çox tələbə vizasını ləğv edib - Dövlət Departamenti

ABŞ Dövlət Departamenti ilin əvvəlindən 6000-dən çox tələbə vizasını vaxtı keçdiyinə və qanun pozuntularına görə ləğv etdiyini açıqlayıb.

Qurumdan bildirilib ki, pozuntuların əksəriyyəti sərxoş vəziyyətdə avtomobil idarəetmə, oğurluq və “terrorizmə dəstək”lə bağlı olub.

Bu addım Tramp administrasiyasının immiqrasiya və beynəlxalq tələbələrə qarşı sərtləşdirilmiş tədbirlərinin davamı kimi qiymətləndirilir.

Dövlət Departamenti “terrorizmə dəstək” ifadəsindən nəyi nəzərdə tutduğunu açıqlamasa da, Tramp administrasiyası Fələstinə dəstək nümayişlərində iştirak edən tələbələri hədəf alıb və onların “antisemit davranış” göstərdiyini iddia edib.

Ləğv edilən 6000 vizadan təxminən 4000-i qanun pozuntularına görə olub. Bundan əlavə, 200-300 viza da “INA 3B” maddəsinə əsasən “terror fəaliyyəti” səbəbi ilə ləğv edilib. Bu maddə “terror fəaliyyəti”ni insan həyatını təhlükəyə atan və ya ABŞ qanunlarını pozan əməllər kimi geniş şəkildə tərif edir.

"AzPolitika.info"

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol