Rusiya Ukraynanın təhlükəsizlik zəmanətlərinin ABŞ, Böyük Britaniya, Fransa və Çin tərəfindən bərabər əsaslarla təmin edilməsi ilə razılaşır.
“AzPolitika” xəbər verir ki, RİA Novostinin yaydığı məlumata görə, bunu Rusiya XİN başçısı Sergey Lavrov deyib.
Lakin Lavrovun sözlərinə görə, təhlükəsizlik zəmanətlərində Rusiya da iştirak etməlidir: “Moskvanın iştirakı olmadan hər hansı məsələnin müzakirəsi məqsədəuyğun deyil”.
“AzPolitika.info”


Şərhlər