Menu

Paşinyan Overçukla Ermənistan-Rusiya gündəliyini müzakirə edib

20.08.2025, 17:11
Paşinyan Overçukla Ermənistan-Rusiya gündəliyini müzakirə edib

Ermənistanın Baş naziri Nikol Paşinyan Rusiyanın Baş nazirinin müavini Aleksey Overçuku İrəvanda qəbul edib.

Bu barədə Ermənistan Baş nazirinin mətbuat xidmətinə istinadən bildirib.

Danışıqlar zamanı tərəflər Ermənistan-Rusiya gündəliyinə dair məsələləri, Aİİ çərçivəsində əməkdaşlıqla bağlı cari mövzuları müzakirə ediblər.

Paşinyan və Overçuk həmçinin ikitərəfli ticarət dövriyyəsinin dinamikası, birgə proqramların həyata keçirilməsinin gedişatı ilə bağı fikir mübadiləsi aparıblar.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol