Menu

Məşhur amerikalı hakim Frenk Kaprio vəfat edib - VİDEO

21.08.2025, 12:01
Məşhur amerikalı hakim Frenk Kaprio vəfat edib - VİDEO

Məşhur amerikalı hakim Frenk Kaprio 88 yaşında, mədəaltı vəzi xərçəngi ilə uzun sürən mübarizədən sonra dünyasını dəyişib.

Kaprio 1985-ci ildən Rod-Aylend ştatının Providens şəhər məhkəməsində hakim kimi fəaliyyət göstərirdi. O, "Providensdə tutulmuşlar" adlı televiziya şousu ilə bütün ABŞ-də geniş tanınmış və tamaşaçıların sevgisini qazanmışdı. Sözügedən layihə 2021-ci ildə "Emmy" mükafatına da namizəd göstərilmişdi.

Humanist yanaşması və ədalətli qərarları ilə seçilən Kaprio, ABŞ-də ən sevilən hüquq simalarından biri hesab olunurdu.

"AzPolitika.info"


Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol