"Görüş planlaşdırılmır, amma sammitin gündəliyi hazırlanarsa, Putin Zelenski ilə görüşməyə hazırdır. Hazırda bu gündəm hazır deyil". Bunu Rusiya Xarici işlər naziri Sergey Lavrov NBC News telekanalına müsahibəsində deyib.
O qeyd edib ki, Vladimir Putin və Ukrayna Prezidenti Volodimir Zelenski arasında görüş hələ təyin olunmayıb.
Lavrovun iddia etdiyinə görə, Moskva Alyaska sammitindən sonra ABŞ lideri Donald Trampın təklif etdiyi bir sıra məqamlarda çeviklik nümayiş etdirməyə razılaşıb: “Prezident Tramp bizim paylaşdığımız bir neçə məqamı təklif etdi və onların bəziləri üzrə bir qədər çeviklik göstərməyə razılaşdıq”.
Lakin Prezident Zelenski NATO-nun Baş katibi Mark Rutte ilə danışıqlardan sonra keçirilən mətbuat konfransında fərqli fikirlər səsləndirib: "Rusiya ultimatumlar vermək, onların köməyi ilə bu müharibənin dayandırılmasını təxirə salmaq istəyir. Onlar Prezident Trampın Rusiyaya qarşı sanksiyalar tətbiq etməməsi üçün çalışırlar". Ukrayna başçısı həmçinin qeyd edib ki, Putin-Zelenski görüşünün “baş tutmaması” üçün “ruslar hər şeyi edir”.
“AzPolitika.info”

Şərhlər
Bir sıra liderlər, tezliklə seçənlərinə vəd etdikləri şəraiti də unudub, daha geniş və uca əmredici mənsəb-məkan arayırlar? Toxunulmaz İnsan-Vətəndaş hüuqları kimi hər dövlətin də toxunulmazlıq hüququ var!? Onun pozulması BMTnın Sülh Memorandumu deyil, yer üzərində-BeynəlMiləl, insanlığa qarşı ən dəhşətli cinayətdir. Elə həmin təsnifatla da mühakimə olunub, cəzalandırılmalı deyilmi?