Menu

Zelenski İlham Əliyevə təşəkkür etdi - FOTO

24.08.2025, 20:43
Zelenski İlham Əliyevə təşəkkür etdi - FOTO

“Azərbaycan Prezidenti İlham Əliyevin Ukraynanın Müstəqillik Günü münasibətilə təbrikini və Ukraynaya, ukraynalılara göstərdiyi hörməti yüksək qiymətləndirirəm”.

Bunu Ukrayna Prezidenti Volodimir Zelenski “X” hesabında yazıb.

“Hörmətli cənab Prezident, Ukrayna və Azərbaycan həmişə bir-birinin suverenliyini və ərazi bütövlüyünü dəstəkləyib. Dost Azərbaycanın göstərdiyi humanitar və digər yardımlara görə biz çox minnətdarıq. Xalqlarımızın rifahı naminə strateji tərəfdaşlığımızı inkişaf etdirməyi səbirsizliklə gözləyirik”, - deyə Ukrayna lideri paylaşımında qeyd edib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol