79 yaşlı ABŞ Prezidenti Donald Tramp bu dəfə əlindəki qəribə ləkələrlə gündəmə gəlib.

"AzPolitika" xəbər verir ki, ABŞ liderinin daha əvvəl sağ əlində müşahidə olunan tünd ləkələr uzun müddət diqqət çəkmişdi, indi isə eyni bölgədə sol əlində də tünd iz meydana çıxıb.

Həftə sonuTramp oğlu Kasi ilə qolf oynayan zamanı çəkilən fotoları "Instagram" hesabından paylaşmış və həmin vaxt bu morluqlar nəzərə çarpmışd. Tramp mövzu ilə bağlı birbaşa açıqlama verməsə də, kameralar qarşısında əllərini gizlətməyə çalışıb. Oval Ofisdəki son çıxışında da sağ əlini diqqətlə örtməyə çalışdığı görünüb.

Qeyd edək ki, Trampın sağlamlıq vəziyyəti ilə bağlı Ağ Evdən rəsmi açıqlama verilməsə də, mətbuat katibi Karolin Levitt bildirib ki, Prezident hər gün yüzlərlə əl sıxır, bu onun insanlarla əlaqəsinin göstəricisidir.

Xatırladaq ki, Trampın həkimi Sin Barbabella fevral ayında bu morluqların “əl sıxma və aspirin istifadəsi” səbəbindən meydana çıxa biləcəyini söyləmişdi. Bundan əlavə, Trampa daha əvvəl ayaqlarındakı şişkinlik səbəbindən xroniki venoz yetməzliyi diaqnozu qoyulmuşdu.  

"AzPolitika.info"