Dünən "Sədərək" ticarət mərkəzi ərazisində baş vermiş yanğınla bağlı yeni görüntülər yayılıb.
"AzPolitika" xəbər verir ki, görüntülərdə ticarət mərkəzi tərəfindən icarəyə verilmiş anbarda yanğının anbaan necə yayıldığı əks olunub. Məlumata görə, yanğından əvvəl partlayış baş verib, daha sonra alov sürətlə ətrafı bürüyüb.
Qeyd edək ki, rəsmi mənbələr yanğının səbəblərinin araşdırıldığını bildirir. İlkin ehtimallara görə, partlayış elektrik xətası və ya digər texniki problem səbəbindən baş verə bilər.


Şərhlər