Menu

Qəbələdə ağır qəza - Ölən və yaralılar var

25.08.2025, 17:49
Qəbələdə ağır qəza - Ölən və yaralılar var

Bu gün saat 14 radələrində Qəbələ şəhəri ərazisində “VAZ-2106” və “Hyundai” markalı avtomobillər toqquşub.

Qza nəticəsində “VAZ”ın 51 yaşlı sürücüsü İlham Abdurazakov aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Həmçinin digər nəqliyyat vasitəsinin 31 yaşlı sürücüsü Aqil Bəhlulzadə və “VAZ”da olan sərnişinlər xəsarət alıblar.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətinin regional qrupundan bildirilib ki, faktla bağlı cinayət işi başlanılıb, istintaq aparılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol