Menu

BQXK-nın Nümayəndəliyi Azərbaycanda fəaliyyətini tezliklə dayandıracaq

25.08.2025, 19:14
BQXK-nın Nümayəndəliyi Azərbaycanda fəaliyyətini tezliklə dayandıracaq

Beynəlxalq Qızıl Xaç Komitəsinin Nümayəndəliyi Azərbaycanda fəaliyyətini tezliklə dayandıracaq.

Bu barədə APA-ya BQXK-nin ictimaiyyətlə əlaqələr mütəxəssisi Aurelie Lachant məlumat verib.

Eyni zamanda, o qeyd edib ki, "hazırda beynəlxalq humanitar hüququn müdafiəsi altında olan şəxslərə münasibətdə onların işinin gələcəyi ilə bağlı Azərbaycan tərəfi ilə dialoq aparırlar".

O, bu müzakirələrin təfərrüatlarını şərh etməyib.

Qeyd edək ki, BQXK-nin Azərbaycan Nümayəndəliyinin rəhbəri Draqana Koyiç avqustun 1-də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun qəbulunda olarkən bildirib ki, təşkilatın Azərbaycan Nümayəndəliyi fəaliyyətini sentyabrın əvvəlində dayandıracaq.

Şərhlər

Kirpi 2025-08-25 19:37:32

Çox heyf YAP hakimiyyəti bütün müstəqil təşkilatları sıradan çıxarır. Hələ birdə humanitar təşkilatı bu biyabırçı qərarları vermək olmaz.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol