Menu

Xocavəndin iki kəndində yanğın başlayıb

25.08.2025, 20:11
Xocavəndin iki kəndində yanğın başlayıb

Xocavəndin iki kəndində yanğın başlayıb.

"Report"un Qarabağ bürosunun xəbərinə görə, yanğınlar Xocavənd rayon Edilli və Ağbulaq kəndi ərazisindəki meşə massivində qeydə alınıb.

Hadisə yerinə FHN-in qurudan Füzuli və Cəbrayıl rayonlarının yanğınsöndürən bölməsinin əməkdaşları, havadan Aviasiya dəstəsinin helikopteri cəlb olunub.

Hazırda yanğınsöndürmə əməliyyatları və yanğın davam edir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol