Avqustun 25-də Ermənistan Müdafiə Nazirliyinin Gegarkunik vilayətində yerləşən hərbi hissələrindən birində insident baş verib.
"AzPolitika" erməni mediasına istinadla xəbər verir ki, Hərbi Polis hərbi mövqelərdən birində atəş səsləri eşidildiyi və nəticədə bir hərbçininin yaralandığını açıqlayıb.
Hadisə yerinə dərhal Ermənistan Müdafiə Nazirliyinin Hərbi Polisi və İstintaq Komitəsinin Hərbi İstintaq İdarəsinin Qarnizon İstintaq Şöbəsinin əməkdaşları cəlb olunub.
İlkin məlumatlara əsasən, hadisənin səbəbi silahla davranış qaydalarının pozulması, intihar cəhdi və ya qəsdən adam öldürməyə təşəbbüs olub-olmadığı istintaq zamanı müəyyənləşdiriləcək.
Faktla bağlı Ermənistan Cinayət Məcəlləsinin 527-ci maddəsinin 1-ci bəndi (hərbi xidmətdən yayınmaq və ya müəyyən xidmət vəzifələrini yerinə yetirməkdən imtina məqsədilə özünə xəsarət yetirmək, xəstəlik simulyasiyası və digər qanunsuz üsullarla yayınma) ilə cinayət işi başlanıb.
Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi bildirib ki, yaralı əsgərə təcili cərrahi əməliyyat aparılıb və o, Mərkəzi Klinik Hərbi Hospitala yerləşdirilib. Hal-hazırda onun vəziyyəti stabildir və həyatı üçün təhlükə yoxdur.
"AzPolitika.info"


Şərhlər