Menu

İran səfirini bu ölkədən çıxarırlar - Səfirliyin fəaliyyəti dayandırılır

26.08.2025, 12:19
İran səfirini bu ölkədən  çıxarırlar - Səfirliyin fəaliyyəti dayandırılır

Avstraliya İran İslam Respublikasının ölkədəki antisemit hücumlarında iştirakına görə İran səfirini ölkədən çıxarır.

“AzPolitika” xarici KİV-ə istinadla xəbər verir ki, İranın Avstraliyadakı səfiri Əhməd Sadiqi ölkədən çıxarılacaq və Avstraliyanın Tehrandakı səfirliyi fəaliyyətini dayandıracaq. Bu barədə Avstraliyanın Baş naziri E.Albanese məlumat verib.

O qeyd edib ki, bu qərar Melburndakı sinaqoqa və Sidneydəki İsrail restoranına edilən hücumlarda İran hökumətinin əli olması ilə bağlı “etibarlı kəşfiyyat məlumatı” aldıqdan sonra verilib.

"Avstraliya Təhlükəsizlik Kəşfiyyat Təşkilatı (ASIO) İranın digər hücumları da yönləndirməsi ehtimalını qiymətləndirir. Bunlar Avstraliya torpağında xarici güc tərəfindən təşkil edilmiş misli görünməmiş və təhlükəli təcavüz aktlarıdır", - hökumət başçısı vurğulayıb.

Avstraliyanın Xarici İşlər naziri Penni Vonq bununla İkinci Dünya Müharibəsindən sonra ilk dəfədir Avstraliyada səfirin ölkədən qovulduğunu deyib və İrandakı bütün avstraliyalıları İslam Respublikasını tərk etməyə çağırıb.

Eyni zamanda, ölkənin Daxili İşlər naziri İran İslam Keşikçiləri Korpusunun (SEPAH) terror təşkilatları siyahısına əlavə ediləcəyini açıqlayıb.

“AzPolitika.info”

Şərhlər

!!! 2025-08-26 12:36:34

Hansı semitlərə hücüm ediblər? Maltalılara, yoxsa efioplara? Bəlkə, ərəblərə?

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol