Rusiya Müdafiə Nazirliyinin 9-cu Tibbi-Diaqnostika Mərkəzinin sabiq rəisi, general-mayor Konstantin Kuvşinov 57 milyon rubldan çox vəsaiti mənimsəməkdə ittiham olunur.
“AzPolitika” xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
Məlumata görə, general aprelin sonundan etibarən həbsxanadadır. Moskva məhkəmələrinin saytında yayılan məlumatda qeyd olunur ki, o, vəzifəsini 2019-cu ilin fevralından 2025-ci ilin mayına qədər icra edib. Ondan əvvəl isə Müdafiə Nazirliyinin Baş Hərbi-Tibbi İdarəsinin rəis müavini vəzifəsində çalışıb.
İstintaqın versiyasına görə, 2022-ci ildə Müdafiə Nazirliyinin tibbi mərkəzi “Delrus” və “TDA-Servis” şirkətləri ilə dövlət müqavilələri bağlayıb. Lakin sözügedən müqavilələr çərçivəsində alınan tibbi avadanlıqların qiyməti süni şəkildə şişirdilib.
Cinayət işi üzrə daha üç nəfər barəsində də həbs qətimkan tədbiri seçilib. Onlardan biri - iş adamı Vladimir Boqdanovun evində aparılan axtarış zamanı qanunsuz odlu silah aşkarlanıb və ona əlavə ittiham irəli sürülüb.
Hüquq-mühafizə orqanlarından bildirilib ki, “iş üzrə yeni fiqurantların və korrupsiya xarakterli yeni epizodların üzə çıxması mümkündür”.
“AzPoltika.info”


Şərhlər