Şeyxülislam Allahşükür Paşazadə avqustun 25-də İran İslam Respublikasının Azərbaycandakı yeni təyin səfiri Müctəba Dəmirçilunu qəbul edib.
APA xəbər verir ki, bu barədə İranın Azərbaycandakı səfirliyi məlumat yayıb.
Qeyd edilib ki, görüş zamanı Azərbaycan və İran dövlətləri və xalqları arasında bütün sahələrdə, o cümlədən, dini-mənəvi müstəvidə tarixi, ənənəvi əlaqələrin möhkəmlənməsinin vacibliyinə toxunulub.
İşğaldan azad olunmuş Qarabağda gedən genişmiqyaslı yenidənqurma işləri, vandalizmə məruz qalmış dini-mənəvi irsimizin dirçəldilməsi barədə danışan Allahşükür Paşazadə bunu ümumislam əhəmiyyətli hadisə kimi dəyərləndirib və səfirə həmin ərazilərə səfər etməyi tövsiyə edib.
Səfir isə Şeyxülislam A.Paşazadəni Azərbaycan və bütün region üçün önəmli şəxsiyyət, Azərbaycanı dünya miqyasında, beynəlxalq müstəvilərdə yüksək səviyyədə təmsil edən nüfuzlu lider kimi dəyərləndirdi və qəbula görə minnətdarlığını bildirib.
O, İran İslam Respublikasında keçiriləcək benəlxalq konfransa dəvət məktubunu QMİ sədrinə təqdim edib.
Görüşdə eyni zamanda qəbul zamanı dünyada və regionda sülh və əməkdaşlıq mühitinin vacibliyi vurğulanıb, dostluq, qonşuluq və qardaşlığın möhkəmləndirilməsi istiqamətində qarşılıqlı səylərin zəruriliyi qeyd olunub.


Şərhlər
Məqam tapan kimi baş-başa verib bir-birinin qulağına nəisə pıçıldayırlar. Səfirsən qaxıl otur səfir yerində. Sən də ölkənin baş mollasısan get təsbehini çaqqıldat. Sənin yad ölkənin canişinlərləri ilə nə işin var? Səkkizə qədər saya bilmirsən, sənin nə başın çıxır hökumət ərkanından? Sən kim olursan ki, bu cür qəbullar keçirirsən? A kişilər sizdən soruşuram, xarici bir dövlətin diplomatının ölkəmizdə bütövlükdə İslamı deyil, kiçik bir məzhəbii təmsil edən bir molla ilə nə alış verişi ola bilər? Ara sakitləşən kimi bunları yenə kim calaşdırdı? Nədən danışdılar, bilən oldumu?
bu sheyx ne qeder oturacaq orda? bilen var?