"Formula 1” yarışları ilə əlaqədar məktəblərin daha gec – sentyabrın 21-dən sonra başlayacağı ilə bağlı fikirlər dolaşır. Bəs gərəsən, bu iddialar nə qədər həqiqəti əks etdirir? Yeni tədris ili nə zamandan başlayacaq?
Elm və Təhsil Nazirliyindən Lent.az-ın sorğusuna bildirilib ki, 2025-2026-cı tədris ilinin başlamasına təsadüf edən "Formula 1" üzrə Azərbaycan Qran-prisi ilə əlaqədar tədris prosesinin başlama tarixinin dəyişdirilməsinə dair yayılmış məlumat həqiqəti əks etdirmir:
"Aidiyyəti məsələlərlə bağlı yalnız rəsmi mənbələrə istinad edilməsi xahiş olunur. Əlavə olaraq bildiririk ki, yarışların keçiriləcəyi ərazilərdə yerləşən təhsil müəssisələri ilə bağlı "Formula 1" Azərbaycan Qran-prisi dövründə müəyyən məhdudiyyətlərin tətbiqinə dair qərar veriləcəyi təqdirdə ictimaiyyətə məlumat veriləcək”.


Şərhlər
Bu mənasız və avara formula-1-in Azəraycanda keçirilməsi hansı axmaq ağılın məhsuldur? Buna sərf ediən vəsaitin ölkədaxili ehtiyaclara sərf edilməsi daha ağıllı olmazdı?Prezident niyə bu məsələyə diqqət yetirmir? Axı bu lazımsız tədbir minlərə vətəndaşın rahatlığını pozur,müəsssələrin işini iflic edir.əgərkimsəbunu sevirsə o zaman şəhər kənarında bu məqsəd üçün poliqon tiksin.
Niyə Bakı şəhərində əhali üçün narahatlıq yaradan.maraqsız.böyük ərazidə müəssislərin və idarələrin işini iflic edən heç bir maddi.mənəvi.intelektual.mədəni əhəmiyyəti olmayan formua-1 tamaşasının dayandırımır?əgər bu tədbir ir neçə nəfər üçünmaraqlıdırsa.o zaman elə tədbirin keçirilməsi üçün yaşayş binalarından kənar poliqon tikilsin vəəhalinin normal yaşamı pozulmasın..